Mikayıl Cabbarov: "Özəl sektorda aktivliyi artırmaq niyyətindəyik"

Mikayıl Cabbarov: "Özəl sektorda aktivliyi artırmaq niyyətindəyik"

26 İyul 2024

Azərbaycanın biznes təmsilçiləri ilə birgə fəaliyyəti gücləndirərək özəl sektorda aktivliyi artırmaq niyyətindəyik.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Qeyri-neft sənayesi sahəsində fəaliyyət göstərən sahibkarlarımızla görüşməkdən məmnun olduq. Yerli istehsalın artımı və ixrac bazarlarının genişləndirilməsi imkanlarını müzakirə edərək sualları cavablandırdıq və iş adamlarının təkliflərini dinlədik”, - deyə nazir bildirib.