Osman Xalıyev: Naxçıvanda xidmət, ictimai-iaşə sektoru prioritet olaraq seçilib

Osman Xalıyev: Naxçıvanda xidmət, ictimai-iaşə sektoru prioritet olaraq seçilib

26 İyul 2024

"Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu Naxçıvanda 2023-cü ilin əvvəlindən başlayaraq aktiv şəkildə kreditləşməni həyata keçirir. Bunun nəticəsində ötən dövr ərzində 54 sahibkarlıq subyektinə 3 milyondan çox güzəştli kredit verilib. Bu da muxtar respublikada 126 yeni iş yerinin yaradılmasına zəmin yaradıb".

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun idarə Heyətinin sədri Osman Xalıyev bildirib.

Müsahib qeyd edib ki, Naxçıvanda, eyni zamanda işğaldan azad olunmuş ərazilərdə ölkənin digər iqtisadi rayonlarından fərqli olaraq xidmət, ictimai-iaşə sektoru prioritet olaraq seçilib. Bu o deməkdir ki, burada prioritetlərin sayı ümumilikdə digər regionlardan çoxdur.