![Azərbaycan əhalisinin gəlirləri 4 % artıb](http://admin.naxcivanxeberleri.com/storage/uploads/images/blog/azerbaycan-ehalisinin-gelirleri-4-artib-1715862606.jpg)
Azərbaycan əhalisinin gəlirləri 4 % artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 24 milyard 579,9 milyon manat təşkil edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,3 % çoxdur.
Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 3,8 % artaraq 2 412,9 manata çatıb.