
Azərbaycan və Çin beynəlxalq multimodal daşımaları inkişaf etdirəcək
Azərbaycan və Çin hökumətləri arasında beynəlxalq multimodal daşımalar haqqında saziş imzalanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində bu ölkənin sədri Si Cinpinin iştirakı ilə baş tutub.
Sənədi Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Çinin nəqliyyat naziri Liu Vey imzalayıblar.