Yetkinlik yaşına çatmayan şəxslər hansı hallarda həbs oluna bilər ? - HÜQUQ MƏSLƏHƏTİ
Sual : Yetkinlik yaşına çatmayan şəxs barəsində hanı hallarda həbs qətimkan tədbirinin tətbiq edilməsinə yol verilir?
Cavab: Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə görə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsinə yalnız ona ağır və ya xüsusilə ağır cinayətin, 16 yaşına çatmış təqsirləndirilən şəxslərə isə həmçinin az ağır cinayətin zorakı üsulla və ya iki dəfədən çox törədilməsi istinad edildikdə yol verilir. Yetkinlik yaşına çatmayan şəxs barəsində həbs qətimkan tədbirinin müstəsna tədbir kimi və mümkün qədər qısa müddət ərzində tətbiq edilməsinə yol verilir.
Həbsdə saxlanılan yetkinlik yaşına çatmayan şəxslər digər şəxslərdən ayrı saxlanılmalıdırlar. Onlar yaşının, cinsinin və şəxsiyyətinin xüsusiyyətlərinə görə tələb olunan qulluq, müdafiə və digər fərdi yardımla təmin edilməlidirlər.
Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov