"Uşaq hüquqları haqqında" yeni qanun layihəsi yaxın zamanda Milli Məclisə təqdim olunacaq

"Uşaq hüquqları haqqında" yeni qanun layihəsi yaxın zamanda Milli Məclisə təqdim olunacaq

12 Mart 2025

"Uşaq hüquqları haqqında" yeni qanun layihəsi yaxın zamanda Milli Məclisə təqdim olunacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova “Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda parlamentdə keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

O qeyd edib ki, dövlət qanunvericiliyə uyğun uşaqların yerləşdirildiyi, təhsil aldığı bütün müəssisələrə nəzarət edir, monitorinqlər aparır.