Türkiyə Prezidenti: Qərb dovşana “qaç”, tazıya “tut” deyir

Türkiyə Prezidenti: Qərb dovşana “qaç”, tazıya “tut” deyir

01 Mart 2024

Qərb dovşana “qaç”, tazıya “tut” deyir.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 1-də Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, bu özünü Qəzzadakı vəziyyətdə də göstərir: “Sözdə deyilənlər əməldə təsdiqlənmədikcə xoaslar səngiməyəcək”.

R.T.Ərdoğan beynəlxalq ictimaiyyəti ədalətli mövqedən çıxış etməyə çağırıb.

Dövlət başçısı söyləyib ki, bu gün Türkiyə Ukraine-Rusiya müharibəsində ədalətli mövqe ortaya qoya bilən, dünyanın dörd bir tərəfi ilə münasibətləri qoruyan ölkədir.

O bildirib ki, Türkiyə gələcəkdə də ədaləti qorumağa davam edəcək: "Dostlarımızın sayını artıracağıq. Dünyanın fərqli yerlərində baş verən toqquşmalar beynəlxalq sistemin işləksizliyini göstərir. Buna səbəb sülh təşəbbüslərinə lazımi dəstəyin verilməməsidir".

Mənsurə Hümbətova