Tərkibində narkotik maddələr olan yabanı bitkilər məhv olunmasa...

Tərkibində narkotik maddələr olan yabanı bitkilər məhv olunmasa... HÜQUQ MƏSLƏHƏTİ

02 Oktyabr 2024

Sual: Tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməməsi hansı hüquqi nəticələrə səbəb olur?
 
Cavab: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən yerli özünüidarəetmə orqanlarının mülkiyyətində, bitkiçilik üzrə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxslərin icarəsində, istifadəsində və ya mülkiyyətində olan torpaq sahələrində aşkar edilmiş, tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməməsinə görə fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.
 
Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov