Şuşada 32 ildən sonra ilk toy mərasimi keçirilir

Şuşada 32 ildən sonra ilk toy mərasimi keçirilir

06 Sentyabr 2024

Şuşanın toylu-büsatlı günləri yenidən başlayıb - 32 ildən sonra şəhərdə ilk dəfə toy mərasimi keçirilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat  verir ki, 44 günlük Vətən müharibəsi veteranı Elmir Məmmədlinin toy mərasimi İsa bulağında təşkil edilib.

Qeyd edək ki, Şuşa şəhərində indiyədək 177 ailənin, yəni 672 nəfərin daimi məskunlaşması təmin olunub.