Məzahir Pənahov: Seçkilərdə ajiotaj  yaradan qeyri-adi hal olmayıb

Məzahir Pənahov: Seçkilərdə ajiotaj yaradan qeyri-adi hal olmayıb

16 Sentyabr 2024

Seçkilər zamanı ümumilikdə ajiotaj yaradan qeyri-adi hal olmadı.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi iclasda deyib.

MSK sədri bildirib ki, ciddi qanun pozuntusu özünü göstərmədi: "Dünyanın istənilən ölkəsində müəyyən namizədlərin bəzi xoşagəlməz hərəkətləri olur. Təəssüf ki, bizdə də belə faktlar oldu. Pozuntu hallarını da digər namizədlərin müraciəti əsasında aşkar edirdik. 125 dairənin barmaqla sayıla bilən hissəsində belə hallar olurdu".