Naxçıvan Müəllimlər İnstitutunun PHŞ-ə çevrilməsi hansı əhəmiyyətə malikdir? -

Naxçıvan Müəllimlər İnstitutunun PHŞ-ə çevrilməsi hansı əhəmiyyətə malikdir? - Rektordan müsahibə

20 Sentyabr 2024

Xəbər verdiyimiz kimi 7 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti “Naxçıvan Müəllimlər İnstitutunun yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” qərar qəbul edib.

Bu qərara uyğun olaraq Naxçıvan Müəllimlər İnstitutu Publik Hüquqi şəxs statusunda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində Naxçıvan Müəllimlər İnstitutu kimi fəaliyyətə başlayacaq və çevirmə yolu ilə Naxçıvan Müəllimlər İnstitutuna yenidən təşkil olunacaq.

Həmin qərarla Naxçıvan Müəllimlər İnstitutunun yeni nizamnaməsi təsdiq olundu.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində İnstitutun rektoru Azad Novruzov bildirib.

O qeyd edib ki, bu qərar dövlətimiz tərəfindən təhsil və ali təhsil müəssisələri qarşısında məktəblərin daha kefiyyətli, səmərəli yerinə yetirilməsi üçün imkanlar yaradır o, cümlədən Naxçıvan Müəllimlər İnstitutu üçün də geniş perspektivlər vəd edir.

Rektor bildirib ki, yeni nizamnaməyə uyğun olaraq Naxçıvan Müəllimlər İnstitutu orta ixtisas və ümumi təhsil səviyyəsində bakalavr, magistratura, doktorantura üzrə kadr hazırlığı ilə məşğul olacaqdır.

"Yeni nizamnamə ilə Naxçıvan Müəllimlər İnstitutu orta ixtisas məktəbi təşkil edə bilər, əlavə təhsillə məşğul ola bilər.  

Naxçıvan Müəllimlər İnstitutunun Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan hüquqi şəxs statusunda olması Naxçıvan Müəllimlər İnstitutunun dövlət ali məktəbi olması deməkdir. Biz inanırıq ki, Naxçıvan Müəllimlər İnstitutu bu imkandan daha yaxşı istifadə edəcək və Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyəti daha uğurlu olacaq". - deyə rektor qeyd edib.

Mənsurə Hümbətova