Naxçıvanda sentyabrın 21-nə olan hava proqnozu

Naxçıvanda sentyabrın 21-nə olan hava proqnozu

21 Sentyabr 2024

Naxçıvan Muxtar Respublikasında sentyabrın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində 35 faiz və muxtar respublikanın digər bölgələrində 30-45 faiz ehtimalla hava şəraitinin yağıntılı olacağı gözlənilir. Muxtar respublikanın yüksək dağlıq  ərazilərinə qar yağacağı ehtimal olunur. Saniyədə 6-11 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 21-25° isti olacaq.