Naxçıvanda gənc rəssamların 5-ci “Art Battle” müsabiqəsi keçiriləcək

Naxçıvanda gənc rəssamların 5-ci “Art Battle” müsabiqəsi keçiriləcək

20 Sentyabr 2024

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi 14-29 yaşlı gənclər arasında muxtar respublikanın 100illik yubileyinə həsr olunmuş “Art Battle” adlı rəssamlıq müsabiqəsinin qeydiyyatına start verib. Qeydiyyat onlayn qaydada aparılır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iştirak etmək istəyən gənclər müvafiq keçid linkinə https://shorturl.at/T1pxu daxil olaraq məlumat formasını doldurmalıdırlar. Qeydiyyat linkindən keçmiş ilk 15 nəfərlə əlaqə saxlanılacaq.

“Naxçıvan gənclərin fırçası ilə” devizi altında təşkil olunan müsabiqənin sentyabrın 30-u saat 11:00-da Şahbuz rayonu Həsən Əliyev adına Zəngəzur Milli Parkında (Batabat yaylağında) başlanılması nəzərdə tutulub. Müsabiqədə çəkiləcək rəsm əsərləri Naxçıvan Muxtar Respublikasının tarixini, mədəniyyətini və təbiətini özündə təcəssüm etdirməlidir. Qalib və mükafatçı yerlərin sahiblərinə diplom və hədiyyələr təqdim olunacaq.