Naxçıvan gimnastı Azərbaycan millisinin heyətində uğur qazanıb   

Naxçıvan gimnastı Azərbaycan millisinin heyətində uğur qazanıb  

20 Sentyabr 2024

Naxçıvan gimnastı Azərbaycan millisinin heyətində uğur qazanıb

Monqolustanın Ulan-Bator şəhərində "Gimnastika hamı üçün" idman növü üzrə VI Asiya Gimnastradası keçirilib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yarışda Azərbaycan milli komandasının üzvləri qrup hərəkətlərində uğurlu çıxışı ilə fərqlənib.

Bütün komandalara qızıl medal təqdim olunsa da, komandamızın möhtəşəm çıxışı tamaşaçılar tərəfindən ən çox bəyənilən komanda kimi xüsusi kubokla təltif olunub. 

Naxçıvanda gimnastika məşqçisi kimi fəaliyyət göstərən İdman ustası Humay Qafarova da millimizin üzvü kimi qızıl medalla təltif olunub.