Ombudsman: Sülh sabitlik və inkişafın təməlidir

Ombudsman: Sülh sabitlik və inkişafın təməlidir

20 Sentyabr 2024

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu fikirləri Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva müsahibəsində bildirib. 

O qeyd edib ki, 21 sentyabr - Beynəlxalq Sülh Günü 1981-ci ildən BMT-nin qərarı ilə qeyd edilir. Biz sülhsevər bir xalq olaraq sülhün təmin olunması istiqamətdə hər zaman addımlar atmışıq. 

"Tarixə nəzər salsaq görərik ki, sülh siyasətini Azərbaycan hər zaman dəstəkləyib və bu istiqamətdə bütün lazımi tədbirləri görübdür. Bu gün Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən "21 sentyabr - Beynəlxalq Sülh Günü" adlı tədbir sevindirici haldır ki, Dövlət Suvernliyi Gününə təsadüf edir". 

Bu gün münasibətlə bütün xalqımızı təbrik edir və sülhsevər xalqımıza hər zaman sülh, əmin-amanlıq arzulayırıq. - deyə Ombudsman bildirib.

Mənsurə Hümbətova