Qətimkan tədbirinin seçilməsi ilə bağlı hansı orqana şikayət verilə bilər? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi ilə bağlı hansı orqana şikayət verilə bilər?
Cavab: Şübhəli və ya təqsirləndirilən şəxs, onun müdafiəçisi və qanuni nümayəndəsi, cinayət prosesinin digər maraqlı iştirakçıları cinayət prosesini həyata keçirən orqanın qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi barədə qərarından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yaxud məhkəməyə şikayət edə bilərlər.
Məhkəməyədək icraat zamanı hallar istisna olmaqla, qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi,ədliyyə müşaviri - Səttar Əsgərov