![Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər](http://admin.naxcivanxeberleri.com/storage/uploads/images/blog/qazaxistan-ve-qirgizistan-prezidentleri-muttefiqlik-elaqelerinin-genislendirilmesi-barede-raziliq-elde-edibler-1713551421.jpg)
Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.
“Qırğızıstan Prezidenti ilə məhdud tərkibdə danışıqlar apardıq, münasibətlərin genişləndirilməsinə sadiq olduğumuzu təsdiqlədik”, - Kasım-Jomart Tokayev qeyd edib.
O sənədin Qazaxıstan-Qırğızıstan əlaqələrinin inkişafına yeni təkan verəcəyini vurğulayıb.
S.Japarov isə bildirib ki, danışıqlar strateji tərəfdaşlıq ruhunda keçib.
Mənsurə Hümbətova