Putin: Azərbaycan-Rusiya münasibətləri uğurla və çox praqmatik şəkildə inkişaf edir

Putin: Azərbaycan-Rusiya münasibətləri uğurla və çox praqmatik şəkildə inkişaf edir

05 İyun 2024

Azərbaycanla Rusiya arasında münasibətlər uğurla və çox praqmatik inkişaf edir.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin informasiya agentliklərinin rəhbərləri ilə görüşündə iki ölkə arasında münasibətlərə dair sualı cavablandırarkən deyib.

O, həmçinin bəyan edib ki, Bakı ilə Moskva arasında əlaqələrin inkişafı üçün logistika və nəqliyyat infrastrukturunu təkmilləşdirmək lazımdır.

Putin hesab edir ki, Azərbaycan rəhbərliyi Rusiya ilə münasibətləri inkişaf etdirmək üçün rus dilinin vacib olduğu qənaətindədir.