![Pərviz Şahbazov BMT BA-nın prezidenti ilə görüşüb](http://admin.naxcivanxeberleri.com/storage/uploads/images/blog/perviz-sahbazov-bmt-ba-nin-prezidenti-ile-gorusub-1713677404.jpg)
Pərviz Şahbazov BMT BA-nın prezidenti ilə görüşüb
Energetika naziri Pərviz Şahbazov BMT Baş Assambleyanın 78-ci sessiyasının prezidenti Dennis Frensislə görüşüb.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Trinidad və Tobaqonun BMT yanındakı daimi nümayəndəsi sosial şəbəkədə bildirib.
“Azərbaycanın ilk dəfə keçirilən BMT-nin Dayanıqlılıq Həftəsində və xüsusilə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində DİM-lərə (Dayanıqlı İnkişaf Məqsədləri – red.) verdiyi töhfəni yüksək qiymətləndirirəm. Azərbaycanın “yaşıl enerji”yə keçidi sürətləndirmək səylərini və COP29 zamanı enerji keçidini təşviq etmək öhdəliyini alqışlayıram”, – o yazıb.
Mənsurə Hümbətova