Naxçıvanda sahibkarlara verilən kreditlərin həcmi artıb

Naxçıvanda sahibkarlara verilən kreditlərin həcmi artıb

17 May 2024

Özəl sektora dövlət dəstəyi çərçivəsində Sahibkarlığın İnkişafı Fondu 2024-cü ilin ilk 4 ayı ərzində 13 layihə maliyyələşdirib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, layihələrin maliyyələşdirilməsinə 284 min manat vəsait sərf olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.

Cari ilin 4 ayı ərzində qaytarılan kreditlərin həcmi 2,3 milyon manat olmuşdur ki, bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 42,8 faiz çoxdur.

2024-cü ilin 4 ayı ərzində 401,1 min manat vaxtı keçmiş kredit vəsaitinin ödənilməsi təmin edilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur.