Naxçıvanda ötən ay 1 000 "Asan İmza" sertifikatı verilib
Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 543 müraciət üzrə 1 011 "Asan İmza" sertifikatı verilib.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə muxtar respublikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Məlumata görə, vergi ödəyicilərinə 88 280 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 7 görüş keçirilib, 54 sayda ünvanlı xidmət göstərilib.
Yanvar ayında Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzi ümumilikdə 2 265 şəxsi qəbul edib və onlara 3 652 xidmət göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə çoxdur.
Mənsurə Hümbətova