
Naxçıvanda martın ilk gününün hava proqnozu
Naxçıvan Muxtar Respublikasında martın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəngərli və Şərur rayonlarında havanın orta aylıq temperaturu 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 16-21 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına (norma 22-44 millimetr) yaxın olacağı proqnozlaşdırılıb.
Mənsurə Hümbətova