Naxçıvanda iyulun 22-nə olan hava proqnozu

Naxçıvanda iyulun 22-nə olan hava proqnozu

22 İyul 2024

Naxçıvan Muxtar Respublikasında iyulun 22-nə gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhəri, Şərur, Sədərək, Kəngərli və Babək rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, muxtar respublikanın Culfa, Ordubad və Şahbuz rayonlarının bəzi dağlıq ərazilərinda havanın yağmurlu olacağı ehtimal olunur.Saniyədə 7-12 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36° olacağı gözlənilir.