Naxçıvanda iyulun 23-nə olan hava proqnozu

Naxçıvanda iyulun 23-nə olan hava proqnozu

23 İyul 2024

Naxçıvan Muxtar Respublikasında iyulun 23-nə gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhəri və muxtar respublikanın digər rayonlarında havanın əsasən yağmursuz olacağı, lakin Ordubad rayonunun bəzi dağlıq ərazilərinə qısammüdətli yağış yağacağı ehtimal olunur. Saniyədə 9-14 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° olacağı gözlənilir.