Naxçıvanda iyulun 26-na olan hava proqnozu

Naxçıvanda iyulun 26-na olan hava proqnozu

26 İyul 2024

Naxçıvan Muxtar Respublikasında iyulun 26-na gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhəri və muxtar respublikanın digər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Saniyədə 7-12 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 29-34° olacağı gözlənilir.