Naxçıvanda iyulun 25-nə olan hava proqnozu

Naxçıvanda iyulun 25-nə olan hava proqnozu

25 İyul 2024

Naxçıvan Muxtar Respublikasında iyulun 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən,  Naxçıvan şəhəri, Culfa, Ordubad, Şahbuz və Babək rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, muxtar respublikanın Şərur, Sədərək və Kəngərli rayonlarında günün birinci yarısında qısamüddətli yağış yağacağı gözlənilir. Saniyədə 5-10 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 31-36° olacağı ehtimal olunur.