Naxçıvanda martın 4-nə olan hava proqnozu

Naxçıvanda martın 4-nə olan hava proqnozu

04 Mart 2024

Naxçıvan Muxtar Respublikasında martın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan şəhərində, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəngərli və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün ikinci yarısından bəzi dağlıq ərazilərdə havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 9-14° isti olacağı proqnozlaşdırılır.

Mənsurə Hümbətova