Naxçıvanda fevralın 28-nə olan hava proqnozu

Naxçıvanda fevralın 28-nə olan hava proqnozu

28 Fevral 2024

Naxçıvan Muxtar Respublikasında fevralın 28-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəngərli və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 5-10° isti olacağı proqnozlaşdırılır.

Mənsurə Hümbətova