Naxçıvanda fevralın 26-na olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında fevralın 26-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəngərli və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq, mülayim Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 6-11° isti olacaq. Gecə bəzi dağlıq ərazilərdə yollar buz bağlaya bilər.
Mənsurə Hümbətova