Naxçıvanda fevralın 23-nə olan hava proqnozu

Naxçıvanda fevralın 23-nə olan hava proqnozu

23 Fevral 2024

Naxçıvan Muxtar Respublikasında fevralın 23-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəngərli və Şərur rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz yağıntıda fasilə olacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacağı ehtimalı var.

Mənsurə Hümbətova