Naxçıvanda fevralın 12-nə olan hava proqnozu

Naxçıvanda fevralın 12-nə olan hava proqnozu

11 Fevral 2024

Naxçıvan Muxtar Respublikasında fevralın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan şəhərində, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəngərli və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° isti, bəzi yerlərdə 2°-dək şaxta, gündüz 13-18° isti olacağı ehtimalı var.

Mənsurə Hümbətova