Naxçıvanda aprelin 3-nə olan hava proqnozu

Naxçıvanda aprelin 3-nə olan hava proqnozu

03 Aprel 2024

Naxçıvan Muxtar Respublikasında aprelin 3-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan şəhərində, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəngərli və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 20-25° isti olacaq.

Mənsurə Hümbətova