
Naxçıvanda aprelin 17-nə olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında aprelin 17-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Naxçıvan şəhərində, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəmgərli və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 21-26° isti olacaq.
Mənsurə Hümbətova