Naxçıvanda 11 ayda 2 500-dən çox yeni nəsil nəzarət kassa aparatı quraşdırılıb
Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında 2 554 ədəd yeni nəsil nəzarət kassa aparatı quraşdırılıb.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu yerli Dövlət Vergi Xidmətindən bildirib.
Məlumata əsasən, 11 ay ərzində belə aparatlarla qeydə alınan dövriyyə 175,7 milyon manatdan çox olub.
“Hesabat dövründə ƏDV ödəyicilərinin sayı 518-ə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39,2 % çoxdur. Qeydiyyatdan keçmiş POS-terminalların sayı 1 038-ə bərabər olub ki, bu da 1 il əvvələ nisbətən 28 % çoxdur. Yanvar-oktyabr aylarında “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 652,2 min manatdan çox, təkcə oktyabr ayında isə 98,9 min manat ƏDV məbləği geri qaytarılıb. Yanvar ayı ilə müqayisədə oktyabr ayında istehlakçılara qaytarılan məbləğ 4,7 dəfə artıb", - deyə bildirilib.