Naxçıvan Təlim Mərkəzi tərəfindən regional təlimlərə start verilib -

Naxçıvan Təlim Mərkəzi tərəfindən regional təlimlərə start verilib - FOTO

14 Fevral 2025

Naxçıvan Təlim Mərkəzi 2025-ci il üçün nəzərdə tutulan zəruri təlimlər planı çərçivəsində muxtar respublikanın regionlarında təlimlərə start verib. Bununla bağlı ilk təlim Kəngərli rayonunda keçirilib. Təlim rayonun idarə və müəssisələrində kadrlar işi üzrə çalışan əməkdaşların iştirakı ilə həyata keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əvvəlcə Məşğulluq Agentliyinin əməkdaşı Aqşin Kamilli, daha sonra isə Əmək müfəttişliyinin əməkdaşı Natiq Şərifov “Əmək və məşğulluq altsistemindən (ƏMAS) düzgün istifadə qaydaları” mövzusunda çıxış ediblər. Çıxışlarda “Əmək və məşğulluq“ altsistemi (ƏMAS) – Əmək münasibətlərinin tənzimlənməsi və məşğulluğun təmin edilməsi proseslərində işəgötürənlər və işçilərin, işsiz və işaxtaranların vahid elektron platformada cəmləşməsinə, insan resursları ilə işin təşkilinə və bu sahədə şəffaflığın təmin edilməsinə zəmin yaradan elektron platforma haqqında məlumat verilib.

Sonra təlim zamanı əmək və məşğulluq alt sistemi üzərində praktiki işlər aparılıb və iştirakçıların sualları əyani olaraq cavablandırılıb.

Qeyd edək ki, təlim mərkəzi tərəfindən muxtar respublikanın digər rayonlarında təlimlər keçiriləcək.