Mərkəzi Bankın əməkdaşları Naxçıvanda pul nişanları ilə bağlı sessiya keçirib

Mərkəzi Bankın əməkdaşları Naxçıvanda pul nişanları ilə bağlı sessiya keçirib

24 May 2024

Mərkəzi Bankın əməkdaşları Naxçıvan şəhərində “Pul nişanlarının dəyişdirilməsi ilə bağlı Qanunvericilikdə edilmiş dəyişikliklər” və “ABŞ dollarının mühafizə sistemi” mövzularında sessiya keçiriblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sessiyada Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin, eləcə də muxtar respublikada fəaliyyət göstərən kommersiya banklarının və ödəniş xidmətləri təchizatçılarının nağd pulla əməliyyat aparan əməkdaşları iştirak ediblər.

Mərkəzi Bank tərəfindən pul nişanları və onların mühafizə sistemi ilə bağlı digər regionlarda da silsilə tədbirlərin təşkil olunması nəzərdə tutulub.