Mədəniyyət ocaqlarının, yaradıcı kollektivlərin maddi-texniki bazası gücləndiriləcək
Naxçıvanda dövlət teatr və konsert müəssisələrinin, uşaq musiqi məktəblərinin, yaradıcı kollektivlərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində müvafiq işlər həyata keçiriləcək. “Maşın və Avdanlıqların (kompüterlər printerlər) alınması”, “Musiqi aləti və avadanlıqların satın alınması”, “Yumuşaq inventar, yataq ləvazimatları və geyimlərin alınması” “İşıq və səs avadanlıqlarının alınması və quraşdırılması” üçün ötən il noyabrın 4-də “Dövlət satınalmalarının vahid internet portalında” satınalma müsabiqələri elan edilib. Dekabrın 11-də müsabiqələr uğurla yekunlaşıb.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə müsabiqədə iştirak edən şirkətlər arasında aparılmış qiymətləndirmə nəticəsində qalib elan edilmiş “DATA TECHNOLOGİES” MMC, “CASPİAN İNDUSTRY” MMC, “DRESS UNİFORM” MMC, “ALL STAR” MMC ilə satınalma müqavilələrinin imzalanması üzrə müvafiq işlər aparılır. Sözügedən avadanlıqların alınması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 2.000.000,0 manat vəsaitin 1.442.348,38 manatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən sifariş edilib. Vəsait üzrə 557.651,62 manat məbləğində qənaət əldə olunub.
Mənsurə Hümbətova