Mart ayında Naxçıvanda hava necə olacaq?

Mart ayında Naxçıvanda hava necə olacaq?

29 Fevral 2024

Mart ayında hava şəraitində tez-tez dəyişiklik müşahidə olunacaq.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Mart ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəngərli Şərur rayonlarında havanın orta aylıq temperaturu 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 16-21 dərəcə isti olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 22-44 mm).

Mənsurə Hümbətova