IFC Azərbaycandakı strateji prioritetlərini açıqlayıb
Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı strateji prioritetlərindən biri özəl sektorun yeni inkişaf modelinə keçidi dəstəkləməkdir.
"NAXÇIVANXƏBƏRLƏRİ" xəbər verir ki, bunu IFC-nin Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova "Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı Biznes Forumu"nda deyib.
Onun sözlərinə görə, Maliyyə Korporasiyası Azərbaycanın dekarbonizasiya səylərini dəstəkləməyə davam edəcək: "Bu sahədə risklərə və çətinliklərə baxmayaraq imkanlar çoxdur"
Qeyd edək ki, IFC son 30 ildə Azərbaycanda 60-dan çox layihəyə 800 milyon ABŞ dollarından çox sərmayə yatırıb. Bununla yanaşı, korporasiya investisiya mühiti, bərpa olunan enerji mənbələri, korporativ idarəetmə, kiçik və orta sahibkarlığın inkişafı, aqrobiznes və maliyyə sektoruna diqqət yetirməklə 20-dən çox sahədə hökumət təşəbbüslərini dəstəkləyib.