
Hakimiyyətin mənbəyi dedikdə nə başa düşülür? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Azərbaycan Respublikası Konstitusiyasına əsasən Hakimiyyətin mənbəyi dedikdə nə başa düşülür?
Cavab: Azərbaycan Respublikası Konstitusiyasının 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.
Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir; bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi,ədliyyə müşaviri - Səttar Əsgərov