Gömrük orqanlarına xidmətə qəbul üzrə test imtahanı keçirilir

Gömrük orqanlarına xidmətə qəbul üzrə test imtahanı keçirilir

09 İyun 2024

Bu gün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi gömrük orqanlarına xidmətə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak etmək istəyən namizədlər üçün test imtahanı keçirilir.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

İmtahan saat 10:00-da başlanır. 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.

Test imtahanı mərhələsində namizədlərə qanunvericilik üzrə 70, məntiqi təfəkkürün yoxlanılması üzrə 15, dünyagörüşü üzrə 15 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunacaq. Hər doğru cavablandırılmış test tapşırığı 1 balla qiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərmir. Test imtahanında 80 və daha artıq bal toplayan namizədlər müsabiqənin müsahibə mərhələsində iştirak hüququ əldə edirlər.