Elxan Nəcəfov Ordubad rayonunda vətəndaş  qəbulu keçirəcək

Elxan Nəcəfov Ordubad rayonunda vətəndaş qəbulu keçirəcək

25 İyul 2024

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov 31 iyul tarixində Ordubad rayonunda vətəndaşları qəbul edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Ordubad rayon sakinləri 30 iyul (saat 18:00-dək) tarixinədək 0602067848 “WhatsApp” nömrəsinə müraciətin məzmununu qeyd etməklə qəbula yazıla bilərlər.

Qeyd edək ki, vətəndaş qəbulu saat 15:00-dan 18:00-dək Ordubad Rayon Təhsil Şöbəsinin inzibati binasında keçiriləcək.