Ermənistan müxalifətinin lideri etirazçıları itaətsizlik aksiyalarına çağırıb

Ermənistan müxalifətinin lideri etirazçıları itaətsizlik aksiyalarına çağırıb

10 İyun 2024

Ermənistanın “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan iyunun 10-da hakimiyyətə öz iradələrini tətbiq etmək üçün 96 saat ərzində kütləvi itaətsizlik aksiyalarına və etiraz aksiyalarına toplaşmağa çağırıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, kütləvi aksiya yerli xəbər portalları tərəfindən yayımlanıb.

"İndi qərar verməliyik. Sabahdan (bu gündən-red) etibarən yalnız dörd gün fasiləsiz, işə getmədən, istirahət etmədən və yatmadan küçələrə çıxıb iradəmizi ortaya qoysaq, üzərimizə düşən vəzifəni həll edə bilərik", - Qalstanyan deyib.

Ermənistan müxalifətinin lideri deputatları da hökumətin buraxılması məsələsini müzakirə etmək üçün iyunun 11-də iclas keçirmək təşəbbüsü göstərməyə çağırıb.

“Bizim tələbimizlə parlamentin müxalif deputatları iyunun 11-də saat 18:30-da qanunverici orqanın növbədənkənar iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edirlər. Gündəm hakimiyyətin istefası və yeni hökumətin formalaşdırılmasıdır", - Qalstanyan vurğulayıb.