Dubaydakı Azərbaycan Ticarət Evi Əbu-Dabidə beynəlxalq sərgidə iştirak edir
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən Azərbaycan Ticarət Evi bu ölkənin paytaxtı Əbu-Dabidə keçirilən Beynəlxalq Qida Sərgisində iştirak edir.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Azərbaycan Ticarət Evinin icraçı direktoru Şahmar Kərimov bildirib.
Onun sözlərinə görə, sərgi ötən gün başlayıb və sabah başa çatacaq.
“Azərbaycan Ticarət Evi sərgidə öz stendi ilə təmsil olunur. Məqsəd yerli şirkətlərlə əməkdaşlıq əlaqələri qurmaq, məhsullarımızı tanıtmaq və daxili bazarda tələbatın çox olduğunu məhsulları öyrənməkdir", - deyə icraçı direktor qeyd edib.