![Dövlət Məşğulluq Agentliyi 3 illik auditor seçir](http://admin.naxcivanxeberleri.com/storage/uploads/images/blog/dovlet-mesgulluq-agentliyi-3-illik-auditor-secir-1707740731.jpg)
Dövlət Məşğulluq Agentliyi 3 illik auditor seçir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi özünün və struktur bölmələrinin 2023-2025-ci illər üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, tenderdə iştirak haqqı 450 manatdır.
İddiaçılar təkliflərini martin 12-si, saat 15:00-a qədər Fondun yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 85 ünvanına təqdim edə bilərlər.
Təkliflərə martin 12-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.
Mənsurə Hümbətova