COP29 çərçivəsində Azərbaycan universitetlərinin birgə assosiasiyası yaradılacaq

COP29 çərçivəsində Azərbaycan universitetlərinin birgə assosiasiyası yaradılacaq

16 Oktyabr 2024

COP29 çərçivəsində Azərbaycan universitetlərinin birgə assosiasiyası yaradılacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə ADA Universitetində "Su və gender bərabərliyi" mövzusunda keçirilən konfransda deyib.

O qeyd edib ki, bəzi hesabatlara görə Azərbaycan su ehtiyatlarının azalması və əhali üçün yaranan risklər baxımından risk qrupuna daxil olan ölkələr sırasındadır.

F. İsmayılzadə su problemlərinin həlli istiqamətində universitetlərin rolunun vacibliyini vurğulayaraq ali təhsil müəssisələrinin birgə fəaliyyətinə diqqət çəkib: "İqlimlə bağlı mövzularda universitetlər birgə çalışaraq resurslarını bölüşəcək, birgə tədqiqatlar aparacaq"