“Brent” neftinin qiyməti aşağı düşüb
Dünya birjalarında neft ucuzlaşıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2024-cü il fevralın 15-dən bəri ilk dəfə olaraq 80,95 dollar (-0,96%) olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,7% ucuzlaşaraq 76,06 dollar təşkil edib.