AZPROMO "Alibaba Group"la Anlaşma Memorandumu imzalayıb

AZPROMO "Alibaba Group"la Anlaşma Memorandumu imzalayıb

27 Fevral 2024

Bu gün Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Çinin elektron ticarət nəhəngi "Alibaba Group" arasında Anlaşma Memorandumu imzalanıb.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, sənədi AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və Çin şirkətinin Qlobal Strateji Tərəfdaşlıq üzrə rəhbəri Tim Sonq imzalayıb.

Anlaşma Memorandumu "Made in Azerbaijan" brendi adı altında məhsulların yeni ixrac bazarlarına çıxışına töhfə verəcək. İmzalanma "Azərbaycanda icra olunacaq layihəyə dair KOB subyektlərinin iştirakı ilə keçirilən seminar" çərçivəsində baş tutub.

Mənsurə Hümbətova