Azərbaycanda dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində vergi təşviqləri verilib

Azərbaycanda dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində vergi təşviqləri verilib

08 Yanvar 2025

Azərbaycanda dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində vergi təşviqləri verilib

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində Vergi Məcəlləsinə edilmiş mühüm dəyişikliklərdən biri dövlət − özəl sektor tərəfdaşlığının və “yaşıl iqtisadiyyat"ın dəstəklənməsi məqsədilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə elektrik enerjisi istehsalı layihələrinə vergi təşviqlərinin verilməsi ilə bağlıdır.

Bütövlükdə, dövlət - özəl sektor tərəfdaşlığı və elektrik enerjisi istehsalı layihələri çərçivəsində xidmətlərin göstərilməsi, eləcə də həmin xidmətlərlə bağlı zəruri infrastrukturun yaradılması və idarəedilməsi ilə əlaqədar layihələrin icrasına investisiyaların cəlb edilməsi məqsədilə vergi azadolmaları tətbiq olunur. Belə ki, dövlət − özəl sektor tərəfdaşlığı layihələri üzrə özəl tərəfdaşlara, bərpa olunan enerji mənbələrindən istifadə edilməklə elektrik enerjisi istehsalı layihələri üzrə isə istehsalçılara müvafiq müqavilələrdə müəyyənləşdirilmiş müddətdə, lakin 30 ildən çox olmayaraq mənfəət (gəlir), əmlak, torpaq, idxalda ƏDV üzrə güzəştlər verilir.

Qeyd olunan istiqamətlərdə vergi təşviqlərinin verilməsi ölkənin investisiya mühitinin bir qədər də təkmilləşdirilməsinə, iqtisadiyyatın ayrı-ayrı sahələrinə cəlb olunmuş özəl investisiyaların dəstəklənməsinə, birbaşa xarici investisiyaların həcminin artırılmasına, o cümlədən dövlət – özəl sektor tərəfdaşlığının və dövlətin satınalma öhdəliyi ilə özəl sektor tərəfindən həyata keçirilən elektrik enerjisi istehsalı layihələrinin dəstəklənməsinə öz töhfəsini verəcək.