Naxçıvanda özəlləşdirmədən daxilolmalar 23,5 faiz artıb

Naxçıvanda özəlləşdirmədən daxilolmalar 23,5 faiz artıb

09 Yanvar 2025

2024-cü ildə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xətti ilə dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar 23,5 faiz artaraq 2,8 milyon manata yaxın olub.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, hesabat dövründə Xidmət tərəfindən 220 dövlət əmlakı özəlləşdirilib ki, bu da 2023-cü illə müqayisədə 39,2 faiz çoxdur.